“Audi” Formula 1-də debüt etməyə yaxındır.

Artıq Almaniya avtomobil şirkətinin dünya çempionatda təmsil olunacağı dəqiqləşib.  Şirkətin rəhbərliyi ilə Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulaym mətbuat konfransı keçirərək bu planı ictimaiyyətə açıqlayacaq. “Audi”nin Formula 1-dəki fəaliyyətinə gəlincə, komanda ilk növbədə öz mühərriklərini istehsal edəcək. Bununla yanaşı, “Alfa Romeo” brendi ilə yarışan “Zauber” komandasının da sahibi olacaq. “Audi” “Zauber”in səhmlərinin 75 faizinə yiyələnmək niyyətindədir. Almaniyanın daha bir şirkəti “Porşe”nin isə yaxın gələcəkdə “Red Bull”la əməkdaşlıq edəcəyi gözlənilir. Xatırladaq ki, həm “Audi”, həm də “Porşe” “Volksvagen” şirkətlər qrupunun himayəsində fəaliyyət göstərir.